“Azərbaycan körpü rolu oynayır”

media-hightechnic-468x90

musa qasimli 548979“Azərbaycan hər zaman Rusiya ilə Türkiyə arasında etibarlı körpü rolu oynayır”.

Bunu açıqlamasında millət vəkili, professor Musa Qasımlı Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bəzən bəzi güc mərkəzləri Rusiya ilə Türkiyənin guya düşmən ölkə olduqlarını deyir, amma əslində bu belə deyil:

“Bu iki ölkə bir- birini başa düşən böyük dövlətdirlər. Türkiyə və Rusiya ən çətin anlarda bir yerdə olublar və bir-birinə dəstək veriblər. Bizim regionda məsələlərin həlli əsasən Türkiyə-Rusiya münasibətlərindən asılı olub. Bu hələ keçən əsrin 20-ci illərdə belə olub.”
Millət vəkili bildirdi ki, Azərbayacan hələ sovet dövründə iki ölkə arasındakı münasibətlərdə etdibarlı körpü rolunu oynayıb.
“Azərbayacan hər zaman Rusiya-Türkiyə münasibətlərini normal inkişafında maraqlı olub. Əks halda münasibətlər pozulduqda bundan əziyyət çəkən Azərbaycan olub. Ona görə də hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin inkişafı həm bizim, həm də regionun bütün xalqalarının xeyrinədir.”

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin həm ikitərəfli, həm də regional məsələlər baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edən millət vəkili bildirdi ki, Rusiya-Türkiyə qonşu ölkələrdir və tarixən bu regiondakı məsələlərin həllində bu iki ölkə müstəsna rol oynayıb: “Bir çox məsələlərdə bu iki ölkənin maraqları üst-üstə düşür və tarixin müəyyən dövrlərində bu iki ölkə bir-birinə qarşılıqlı yardımlar ediblər. Buna çoxlu misallar çəkmək olar. Məsələn, Türkiyə bu gün Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmur. Baxmayaraq ki, Türkiyə Qərb blokunda yer alır və bir sıra məsələlərdə, xüsusəsn də suriya məsləsində fikriayrılığı mövcuddur, Türkiyə qonşuluq siyasətinə sadiq qalaraq bu sanksiyalarda heç zaman iştirak etməyib və bu gündə o siyasətinə sadiq qaldığını sübuta yetirib. Türkiyə bu mövqeyini 1980-ci ildə Moskva olimpiadasında da nümayiş etdirib.”

Rusiya ilə Türkiyənin Suriya məsləsindəki fikir ayrılığıan toxunan millət vəkili bildirdi ki, rəsmi Ankara Suriya probleminin həlli üçün Türkiyə-Rusiya-İran üçtərəfli formatda görüşünü keçirməyi və danışıqlar yolu ilə həllini təklif edir(moderator.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600