Azərbaycan medal sıralamasında 26-cı pillədə qərarlaşıb

media-hightechnic-468x90

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 26-cı pillədə qərarlaşıb.

Yenicag.az-ın məlumatına görə, yığmanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.

Siyahıya Çin (43 qızıl, 30 gümüş, 14 bürünc) başçılıq edir. Böyük Britaniya (29 qızıl, 15 gümüş, 10 bürünc) ikinci, ABŞ (13 qızıl, 19 bürünc, 10 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa