CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 65,15 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur./Trend/
www.yenicag.az