!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 8 dəfə artdı

!Reklam – Yazi

2002-2018-ci illər arasında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfədən çox artaraq 3,2 milyard dollar təşkil edib. 2023-cü ilə qədər iki ölkə arasında ticarətin 15 milyard dollara qədər artırılması planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə biznes forumunda deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Türkiyənin Azərbaycana ixracatı əvvəlki ilə nisbətən 8,7 faiz artıb. Hesabat dövründə idxal 32 faiz artaraq 1,8 milyard dollar təşkil edib.

Vitse-prezident qeyd edib ki, iki ölkə arasında preferensial ticarət haqqında saziş 2019-cu ilin sonuna qədər imzalanacaq.

Saziş, Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə sıfır gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutur./Trend/

COP29

www.yenicag.az

1152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv