Azərbaycanda 200 bələdiyyə birləşdirilir

media-hightechnic-468x90

opl“Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihələri parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihələri barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, ilk vaxtlar Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərirdi.

Onun sözlərinə görə, 2009-cu il mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirildi: “Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir”.

Qeyd edək ki, Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən – 2, Füzuli – 3, Goranboy, Quba, Şəmkir, Tərtər – 4, Zaqatala – 6, Şamaxı – 8, Gədəbəy – 11, Ağdaş – 15, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.

 Hər iki qanun layihəsi müzakirələrin sonunda qəbul olunub(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600