Azərbaycanda 30 nəfəri ilan sancıb
Azərbaycanda may ayı ərzində qeydə alınan ilan və həşərat sancmalarının sayı açıqlanıb.
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında deyib ki, mayda 30 nəfər ilan sancması ilə bağlı mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onun sözlərinə görə, onlardan 21-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O qeyd edib ki, ötən ay 6 nəfəri əqrəb, 4 nəfər isə qaraqurd sancıb və onların da hər biri xəstəxanaya çatdırılıb. İlan və həşərat sancmaları nəticəsində ölüm faktının qeydə alınmadığını deyən A.Maqsudov bildirib ki, hadisələr əsasən Bakı ətrafı kəndlərdə – Qaradağ, Qobu, Xəzər, HAcıqabul, Yevlax, Bərdə, Şamaxı, Hacıqabul, Kürdəmirdə baş verib.
Bütün xəstələrə lazımi tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.