Azərbaycanda benzinin qiyməti qalxdı  

media-hightechnic-468x90

Azərbaycanda “A-98 Super” markalı benzinin qiyməti bahalaşıb.

Yenicag.az  OilGas.az-a istinadən xəbər verir ki, “A-98 Super” benzinin qiymətində 10 qəpik bahalaşma olub. Beləliklə, bu markalı benzinin qiyməti 1,3 manat dəyərində qərarlaşıb.

Tarif Şurasından saytımıza verilən məlumata görə, “A-98 Super” benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Xatırladaq ki, Tarif Şurasının iyulun 14-də keçirilmiş iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. İclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Qeyd edək ki, “Aİ-92” markalı benzin bahalaşdıqdan sonra OilGas.az-a açıqlama verən iqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti, keçmiş millət vəkili Nazim Bəydəmirli qiymətlər arasındakı 10-15% fərqi qorumaq üçün digər markalı benzinlərində də qiymətində artım ola biləcəyini demişdi.

Bu barədə məlumatı da məhz ilk olaraq Yenicag.az saytı yaymışdı.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600