Azərbaycanda koronavirusa yoluxanların sayı 2000-i ötdü

media-hightechnic-468x90

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib, aktiv xəstə sayı 19 086 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, ötən müddət ərzində isə ümumilikdə 5 044 744 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600