İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Nazirlikdən Yenicga.az-a bildirilib ki, görüşdə AİB ilə münasibətlərin inkişaf etdiyi vurğulanıb.
Ortamüddətli dövrdə ölkəmizdə sosial-iqtisadi inkişaf, investisiyaların təşviqi üzrə prioritetlər, bankın Ölkə Tərəfdaşlıq Strategiyasının əhatə edəcəyi istiqamətlər barədə məlumat verilib.
Tərəflər işbirliyinin gündəliyində olan məsələlər haqqında fikir mübadiləsi aparıblar. Ölkəmizdə iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək, özəl sektorun, insan kapitalının, sənaye zonalarının inkişafı, rəqəmsallaşma və s. məsələlər müzakirə olunub.
www.yenicag.az