Azərbaycanın iki boksçusu Dünya Kubokunda finala yüksəlib
Yenicag.az xəbər verir ki, Bilalhəbəşi Nəzərov (48 kq) və Zidan Hümbətov (51 kq) yarımfinal səddini uğurla keçib.
B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.
Z.Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər üç raundda rəqibindən güclü olan boksçu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.