Bakı və İrəvan bir-birinə qarşı iddiaları geri götürür

media-hightechnic-468x90

Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bəli, biz beynəlxalq hüquqi platformalarda mübahisələrdən, məhkəmə çəkişmələrindən və bir-birimizə qarşı şikayətlərdən imtina edilməsini müzakirə edirik”, – Mirzoyan bildirib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında “Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən üçüncü tərəflərin çəkilməsi məsələsi” də müzakirə olunur.

Ermənistan XİN başçısı qeyd edib ki, müvafiq konstruktiv yanaşma sayəsində Azərbaycan və Türkiyə ilə münasibətlərdə qısa zamanda nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkündür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05