Bakıda dünya çempionu bıçaqlandı

media-hightechnic-468x90

8e93c4fb-39d3-41b0-bcfb-b4e3e174c6c7Bakıda idmançı bıçaqlanıb.

Hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Aslan Nurəddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Qeyd edək ki, A.Rüstəmov Pankration döyüş növü üzrə iki dəfə Avropa çempionu, üç dəfə dünya çempionu olub. Hazırda o, pankration döyüş növü üzrə məşqçi kimi işləyir.(Report.az)

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600