Bakıda evlər bahalaşır-Araşdırma

media-hightechnic-468x90

mnmnmSon aylarda Bakıda mənzillərin qiymətlərində artım müşahidə olunur.

Ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində qiymət artımı olmadığı halda, daşınmaz əmlak bazarında fərqli dinamika qeydə alınıb.

Bakının təkrar mənzil bazarı və torpaq bazarında qiymətlər

Bazarda araşdırma aparan “MBA Consulting Group”un hesablamalarına görə, yanvar ayında Bakının təkrar mənzil bazarında 3,71% qiymət artımı qeydə alınıb.

Bazarda hesablanmış ortа qiymət 1807 $/кv.m-dən 1874/кv.m-ə qədər yüksəlib.

“MBA Consulting Group”un Bakı şəhəri üzrə yaşayış təyinatlı daşınmaz əmlak bazarında apardığı son tədqiqatlara görə, yanvar ayı ərzində təkrar bazarda 2283 ədəd yaşayış mənzili sаtışda olub.

Bu da öz növbəsində ötən ilin müvafiq ayı ilə müqayisədə – 12,8% az, əvvəlki dekabr ayı ilə müqayisədə isə 0,9% çox olub.

Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir.

Ümumilikdə təklif portfelində bahalı evlərin payı 45,42%-dən – 2,75% azalaraq 44,17%-ə düşüb, ucuz evlərin payı isə 2,3% artaraq 54,58%-dən 55,83% olub.

Bаzаrdа qiyməti 85-95 min АBŞ dоllаrı аrаsındа оlаn mənzillər ümumi pоrtfеldə ən çох pаyа, yəni 35,9%-ə mаlikdir.

Mənzillərin оrtа оtаq sayı 2.57, hər оtаğın оrtа sаtış qiyməti 65983 АBŞ dоllаrı, mənzilin оrtа qiyməti 166 937 АBŞ dоllаrı, nominal qiyməti 143 763 АBŞ dоllаrı, daimi struktur ilə isə 119982 АBŞ dоllаrı təşкil еdib.

“MBA Consulting Group” şirkətinin torpaq bazarında apardıqları müşahidələrin nəticəsinə görə, yanvar ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,35% artaraq 17 240 dollar/sot səviyyəsindən 17 646 dollar/sot səviyyəsində qərarlaşıb.

Bəs daşınmaz əmlak bazarında qiymət artımının əsas səbəblər nələrdir?

Qiymət artımının səbəbləri

“MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov bildirib ki, qiymətin artmasına səbəb bazarda real mənzil satış təkliflərinin sayının az olması və əhali arasında yeni ildən qiymətlərin qalxacağı barədə ehtimalların yaranmasıdır.

O qeyd edir ki, 2013-cü ilin son ayındakı benzinin satış qiymətində artımı da bu ehtimalların yaranmasına səbəblərdən biri kimi göstərmək olar.

“Hələ 2011-ci ildən başlayan əhalinin alıcılıq qabiliyyətinin artması müqabilində, mənzil təklif portfelinin azalması yanvar ayında da qiymətlərin artması səbəblərinin əsasında durub”, – deyə, ekspert qeyd edib.

Şirkətin rəhbəri həmçinin bildirir ki, daşınmaz əmlak bazarındakı aktivliyin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlıdır.

“Eyni zamanda, ilin əvvəlindən “sovetski” deyilən ərazidə köhnə tikililərin söküləcəyi qərarı Bakı şəhərinin torpaq bazarında qiymətlərin artması ilə nəticələnib.

İlkin mənzil bazarında isə əsas səbəb tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artmasıdır”, – o bildirib.

“Sovetski”də söküntülər evlərin qiymətini artırır

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov da hesab edir ki, son dövrlərdə mənzil bazarında müşahidə edilən qiymət artımı “Sovetski”də söküntülərin aparılması ilə bağlı ilkin müzakirələr və müzakirələrdən sonra qəbul olunan qərarlardır.

Onun sözlərinə görə, faktiki olaraq bu gün bazara təxminən 10 mindən artıq yeni alıcı kütləsinin daxil olması ilə bağlı məlumatlar var.

Ekspert hesab edir ki, bu məlumatlar satıcılara həm spekulyasiya imkanları yaradır, eyni zamanda bazarda təbii olaraq tələbin artımına gətirib çıxarır.

“Və təbii olaraq bu da qiymət artımına təsir göstərir”, – deyə, o əlavə edib.

Qiymət artımının nə qədər davam etməsi proqnozuna gəlincə isə, ekspert deyir ki, söküntü prosesi başa çatana kimi bu artım tendensiyası davam edəcək.

R.Osmanov hesab edir ki, əgər söküntü proseslərinin müddəti qısa olarsa, artım dinamikası daha kəskin xarakter alacaq:

“Əgər söküntü işləri uzun dövrü əhatə edərsə, o zaman artım dinamikası da təqribən nisbi xarakter daşıya bilər”, – deyə, ekspert qeyd edib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600