Bakıda məşhurların iştirakı ilə pulsuz konsert olacaq

media-hightechnic-468x90

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.

media-banner_tuq

Yenicag.az-ın xəbərinə görə, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun“Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.

Konsertə giriş sərbəstdir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05