Bakıda səyyar xidmət keçirildi
Bakıda şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Yenicag.az xəbər verir ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayonun Ələt və Qızıldaş qəsəbələrində vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Tədbir zamanı etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrindən istifadə edən 139, şəxsiyyət vəsiqəsi olmayan 4 nəfərin, habelə qoca, əlil və xəstə olan 7 vətəndaşın müvafiq sənədləri yaşadıqları ünvanlarda qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.