Bu gün İspaniya kubokunda 2018/2019 mövsümünün final oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, həlledici matçda “Barselona” ilə “Valensiya” komandaları üz-üzə gəlib.
Sevilyadakı “Estadio Benito Vilyamarin” stadionunda keçirilən oyun “Valensiya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da 100 illiyini qeyd edən “Valensiya” kuboku başı üzərinə qaldırıb.
25 may
İspaniya kuboku
“Barselona” – “Valensiya” – 1:2
Qollar: Messi, 73 – Kevin Qamero, 21, Rodriqo 33.
www.yenicag.az