Bədənlərini sığortalayan ulduzlar
Hollivud ulduzları gözəl görünüşləri hər zaman ilə diqqət mərkəzindədirlər.
Məlum olduğu kimi, dünya ulduzları arasında bədənlərinin müxtəlif hissələrini sığortalamaq dəb halını alıb. Yenicag.az bədənlərini sığortalayan məşhurların siyahısını təqdim edir.
46 yaşlı müğənni Mariah Carey ayaqlarını bir milyon dollara sığortalayıb.
27 yaşlı Rihanna da ayaqlarını sığortalayan müğənnilər sırasındadır. O ayaqlarını bir milyon dollara sığortalayıb.
Məşhur futbolçu David Bekhem ayaqlarını sığortalayıb. Bəlkə də, bir çoxunuz bu məlumatdan xəbərdar idiniz, lakin bu sığortanın 70 milyon dollar olduğunu bilmirdiniz.
42 yaşlı model Heidi Klum öz növbəsində ayaqlarını 2 milyon dollara sığortalayıb.
Əfsanəvi futbolçu Ronaldo ayaqlarını nə az nə çox düz 144 milyon dollara sığortalayıb.
56 yaşlı “Pop Kraliça”sı ləqəbli Madonna sinəsini 2 milyon dollara sığortalayıb.
Cenifer Lopezin ombalarını sığortaladığı hər kəsə məlumdur. Bu sığortanın məbləği 27 milyon dollardır.
Aktrisa Culiya Roberts Gülüşü ilə də məşhurdur. O dişlərini 30 milyon dollara sığortalayıb.