Beynəlxalq təşkilatdan Azərbaycanlı iş xanımına etimad

media-hightechnic-468x90

Dilşad Əhədova SANKON-un Azərbaycan üzrə nümayəndəsi təyin olunub

Mərkəzi qərargahı Ankarada yerləşən Sənaye və Ticarət Konfederasiyasının (SANKON) Baş Qərargahı tanınmış iş adamı Dilşad Əhədovanın təşkilatın Azərbaycan Respublikası üzrə rəsmi nümayəndəsi təyin edildiyini açıqlayıb.

SANKON-un yaydığı məlumatda bildirilib ki, Dilşad Əhədova konfederasiyanı Azərbaycan Respublikası hökuməti və ölkənin biznes ictimaiyyəti qarşısında ən yüksək səviyyədə təmsil etmək səlahiyyətinə malikdir.

Qeyd olunub ki, Dilşad Əhədova Azərbaycan Respublikasının vətəndaşıdır və eyni zamanda “Adalia International Ladies Platform” təşkilat-şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.

Bu təyinatın SANKON ilə Azərbaycan arasında sənaye, ticarət və beynəlxalq biznes əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi vurğulanır.

Məlumat üçün bildirək ki, Sənaye və Ticarət Konfederasiyası (SANKON) beynəlxalq və iqtisadi yönümlü bir qeyri-hökumət təşkilatıdır. Konfederasiyanın tərkibində müxtəlif baxışlara malik investorlar, sənayeçilər, iş qadınları və iş adamları təmsil olunurlar. Türkiyə, Türk Cümhuriyyətləri, Ərəb Dövlətləri, Afrika ölkələri, Balkan dövlətləri, Latın Amerikası ölkələri və Avropa dövlətləri başda olmaqla, dünyanın əksər ölkələrində SANKON-a məxsus ümumilikdə 193 nümayəndəlik fəaliyyət göstərir. SANKON nümayəndələri Baş Qərargahla koordinasiyalı şəkildə fəaliyyət göstərərək, müvafiq ölkələrdə milli və beynəlxalq miqyasda layihələr həyata keçirən investorları, Türkiyədə fəaliyyət göstərən aktiv iş qadınları və iş adamlarından ibarət sənayeçilərlə bir araya gətirməkdə mühüm rol oynayırlar. SANKON bu qurum, struktur və şirkətlər arasında milli və beynəlxalq əməkdaşlığa mane ola biləcək mümkün bürokratik əngəllərin minimuma endirilməsinə yönəlmiş ortaq platforma formalaşdırır və fəaliyyətini heç bir ayrı-seçkilik etmədən, daim “qazan–qazan” prinsipi əsasında davam etdirir.

SANKON-un əsas məqsədlərindən biri də qadınları və kişiləri sosial-iqtisadi baxımdan cəmiyyətin bütün sahələrində görünən, iş dünyasında isə təsirli və səlahiyyətli mövqeyə sahib etməkdir. Bu yolla fərdlərin peşə və fəaliyyət sahələri üzrə inkişafına töhfə vermək, cinsiyyət ayrı-seçkisi olmadan iş dünyasında qadın və kişi bərabərliyi balansını qorumaq, milli və beynəlxalq müstəvidə iş qadınları və iş adamlarının bərabər şərtlər altında rəqabət imkanlarını təmin etmək, onların beynəlxalq arenada investisiya həyata keçirmələrinin önünü açmaq hədəflənir.

SANKON iş dünyasını beynəlxalq platformada təmsil edən bir vətəndaş cəmiyyəti təşkilatıdır. Bu baxımdan qurumun ən mühüm məqsədlərindən biri beynəlxalq arenada Türkiyə ilə digər dövlətlər və xalqlar arasında idxal və ixracı artırmaq, dövlətlər və millətlər arasında ticari əlaqələr qurmaq və mövcud münasibətləri daha da gücləndirməkdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05