Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi 2024-cü ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi 2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunmuş “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə strateji tədbirlərə başlayıb.
Yenicag.az xəbər verir ki, bu tədbirlər ölkə miqyasında keçirilir və qlobal iqlim problemini effektiv şəkildə həll etmək üçün fəaliyyətə başlamaq, fəaliyyətə həvəsləndirmək və bir sıra sektorlarda iştirak etmək mövzusunu özündə ehtiva edir.
Qeyd edək ki, bu PAŞA Holdinq və Trendyol Azərbaycan ilə birgə təşkil olunan üçüncü tədbir “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsinin 19-cu tədbiridir. COP29 Sədrliyi tərəfindən dəstəklənən bu tədbir COP29 ilə bağlı müzakirələrə medianın cəlb edilməsinə yönəlib. Tədbir COP29-un icmalını təqdim etmək və bu qlobal konfrans zamanı medianın kritik rolunu və məsuliyyətlərini vurğulamaq üçün hazırlanmış sessiyaları təqdim edir.
Xatırladaq ki, panel müzakirəsi Qlobal və Yerli İqlim Gündəliyi çərçivəsində Con Sprinqin moderatorluğu ilə keçirilib. Müzakirələrdə COP29 üzrə Baş Danışıqçı Yalçın Rəfiyev, COP29 Azərbaycan Əməliyyat Komitəsinin sədri
və COP29 üzrə Baş Əməliyyat Direktoru Nərmin Carçalova və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın iştirakı ilə COP29-un perspektivlərindən söz açılıb.
Rafi Müslümov
www.yenicag.az