Bu gündən “Bolt” taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyəti ilə məşğul olmasına qadağalar tətbiq edib.
Bu barədə İqtisadiyyat.az-a bir qrup sürücü məlumat verib.
Onların sözlərinə görə, “Bolt” buna səbəb kimi həmin sürücülərin təlim sertifikatında uyğunsuzluqların aşkarlandığını göstərir. Bu səbəbdən sürücülərdən təlim sertifikatını yenidən təqdim etməyi tələb edir. Beləliklə, “Bolt” taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda taksi fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.
Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.
www.yenicag.az