Brilliant Dadaşovanın oğlu: "Buna görə məni qayışla döydülər" - FOTOLAR

media-hightechnic-468x90

Xalq artisti Brilliant Dadaşovanın oğlu tədbirlərin birinə anası ilə birgə qatılıb.

Yenicag.az-ın suallarını cavablandıran Cahad şəxsi həyatından danışıb. O, evlənəndə öz seçiminə üstünlük verəcəyini deyib:

“Xaraktercə tez vurulan, amma tez də soyuyan adamam. Sevdiyim qızlara görə depressiyaya da düşmüşəm. Əvvəllər motoskletim vardı. Qızdan ayrılıb, depressiyaya düşəndə motoskletə oturub depressiyadan çıxırdım. Amma indi motoskletim yoxdur, elə depressiyadan çıxmaq çətin olur. Hazırda sevdiyim qız yoxdur, kimə vurulsam, onunla da evlənəcəm. Bəzən anam mənə evlənmək üçün tanıdığı qızları məsləhət görür. Məsləhət olar, məcburiyyət yox. Anam məni məcbur edə bilməz ki, o qızla evlənim”.

Cahad valideynləri tərəfindən cəmi bir dəfə döyüldüyünü xatırlayıb:

“7-8 yaşım olanda yerdən siqaret tapdım, çəkəndə, atamla anam gördü. Onlar ikisi də buna görə məni qayışla döydülər”.

Yol hərəkət qaydalarını tez-tez pozduğunu deyən xalq artistinin oğlu anasına görə ona hörmət olunmadığını da bildirib:

“Kəmər istifadə etməyəndə, qırmızı işığı keçəndə yol hərəkət qaydalarını pozuram. Demək olar ki, bunlara görə tez-tez cərimə ödəyirəm. Yol polislərinə kimin oğlu olduğumu demirəm, cəriməm olanda ödəyirəm”.

Cəvahir

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600