!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu canlılar xərçəngin yoluxucu formasını yarada bilirlər

!Reklam – Yazi

Təbiətdə ölməz hesab edilən hidra adlanan meduzaya bənzər canlılar həddindən artıq qidalandıqda şiş əmələ gəlir və bu şişlər öz klonları vasitəsilə sonrakı nəsillərə ötürülə bilər. Hidra ilə bağlı yeni bir araşdırma xərçəngin yoluxucu növləri haqqında ümumi anlayışımızı dəyişir. Şişlər çoxhüceyrəli canlılar üçün qaçılmaz risk olsa da, fərdlər arasında keçə bilən xərçəng növləri çox nadirdir. Təkamülçü ekoloq Sofi Tissot və onun Fransa Milli Elmi Tədqiqat Mərkəzindən (CNRS) komandası yoluxucu xərçənglərin mənşəyini araşdırmaq üçün fərqli bir yolu araşdırıblar.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar hidra adlı su canlısında şişlərin laboratoriya şəraitində həddindən artıq qidalanma nəticəsində necə yarandığını və onların nəsildən-nəslə necə keçdiyini müşahidə ediblər.

Suda yaşayan meduza və dəniz anemonları ilə əlaqəli olan hidra “ölməz” sayılır. Bu canlı surətlərini çıxararaq çoxalır. Tədqiqat şişin inkişafı və bu şişlərin sonrakı nəsillərə necə ötürülməsi ilə bağlı yeni nəticələri ortaya qoyub. Tədqiqatda həddindən artıq qidalanma şəraitində şiş inkişafını göstərən 50 hidra araşdırılıb. Alimlər bu canlıları beş nəsil boyu müşahidə edərək, şişlərin necə irsi keçdiyini müşahidə ediblər.

Müəyyən edilib ki, şişi olmayan hidralar nəsilləri ilə müqayisədə şişi olan hidraların törəmələrində şişlərin əmələ gəlmə ehtimalı dörd dəfə çox olub. Bu canlılar ekosistemlər üçün də təhlükə ola bilər. Alimlər bildiriblər ki, bu nəticələr yoluxucu xərçənglərin yayılmasına səbəb ola biləcək ətraf mühit şəraitinin yenidən qiymətləndirilməsinin zəruriliyini vurğulayır. Xüsusilə insan fəaliyyəti ekosistemləri pozduqda yoluxucu xərçənglərin yayılmasını asanlaşdıra biləcək şərtlərin yarana biləcəyi bildirilir.

Araşdırmanın nəticələri “Proceedings of the Royal Society B” jurnalında dərc olunub./Azertag/

COP29

www.yenicag.az

67
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv