!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, hamının vəzifəsidir, yalnız vəzifəlilərin yox!" - Elməddin Behbud

!Reklam – Yazi

“İstər elektrik enerjisinin verilməsində, istərsə də digər kommunikasiya xətlərində və nəqliyyatda baş verən uyğunsuz hallar, qəzalar arzuolunmazdır. Bu birmənalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib. O bildirib:

“Havanın temperaturunun yüksək olmasının yaratdığı gərginlikdən və ya digər hansısa səbəbdən müəyyən insanlar “inkişaf etmiş filan dövlətlərdə də analoji qəzalar baş verir, səbəbi müxtəlif olsa da heç bir dövlətin kommunikasiya infrastrukturu qəzalardan sığortalanmayıb” kimi fikirləri təəssüflər olsun ki, “işıq bizə lazım deyil, yanmasa daha yaxşıdır, isti havada kondinsionerlərin işləməməsinin komfortundan yoxdur və s.” kimi oxuyurlar. Sonra da kor atlarını köndələn minib həmin şəxslərin üzərlərinə doğru çapırlar. Hamını yaltaqlıqda suçlayaraq başlayırlar zehinlərindəki təhqirləri sağa, sola uçurtmağa.

Bu günlər ərzində baş verən qəzanın aradan qaldırılması üçün görülən işlərin bir qismi konkret qapalı müəssələrdə aparıldığı üçün təbii ki, onu hamımız görmürük. Ancaq izləyə bildiklərimiz də var: Polis əməkdaşlarının, Bakı Nəqliyyat Agentliyinin, Bakı Metropoliteninin işçilərinin, təcili tibbi yardım xidmətində çalışanların, eləcə də sıravi vətəndaşların insanlara necə canyanalıqla kömək etməkləri bu sıradandır”.

“Digər bir ağrılı məsələ isə sosial şəbəkələrdə bir qism insanın bilməzlikdən, bəzilərinin isə sanki xüsusi həvəslə və sevincək şəkildə Ermənistan bayrağının rənglərinin Bakının hündür yerlərindən birində açıq görünməsi ilə bağlı paylaşımlarıdır.Bayraq hər bir ölkənin dövlət rəmzidir. Hər bir xalqın müstəqillik, suverenlik, milli ideallarının ifadəsidir.Dəmir yolundan sərhəd qoşunlarına qədər nəyi varsa ayrı ölkənin icarəsində olan, müstəqilliyinin formallığı hətda öz vətəndaşlarında belə şübhə doğurmayan Ermənistanın olmayan bayrağını heç bir halda bu formada paylaşıb düşməni sevindirmək olmaz. Bu hadisənin iddia olunduğu kimi həqiqət olub-olmadığını bilmirəm. Çünki hamımız bilirik ki, qoşunların təmas xəttində nisbi atəşkəs olanda belə informasiya müharibəsi yenə də dayanmır.Ancaq təbii ki, nəzəri cəhətdən xəstə təfəkkürlü qonşularımızdan düşmən bildikləri ölkəyə qarşı hər cür təxribatı gözləmək olar.Əlbəttəki müvafiq qurumlarımız hər zamanki kimi düşmənə qarşı zəruri mübarizə tədbirlərini görürlər.Amma bu hadisə olubsa da belə bunu paylaşmaqla erməni və erməni kimilərini sevindirməklə nə demək istəyirik? Nə? Bax bu mənə qaranlıqdır.

Unutmayaq ki, dövləti sevmək, onu qoruyub saxlamaq üçün əlindən gələni etmək hamının vəzifəsidir, yalnız vəzifəlilərin yox!” – Elməddin Behbud qeyd edib.

COP29

www.yenicag.az

2205
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv