Təhlükəsizlik sahəsində proqram təminatı hazırlanması ilə məşğul olan SplashData şirkəti hər il ənənəvi olaraq ən məşhur şifrələrin reytinqini tərtib edir.
Bu il də istisna olmadı. Beləliklə təqdim edilmiş reytinqdən belə qənaətə gəlmək olar ki, insanlar bütün məsləhətlərə baxmayaraq hələ də asan şəkildə yadda qalan rəqəm sıralanması və sözlərdən şifrə kimi istifadə edirlər.
SplashData şirkətinin verdiyi məlumata əsasən 2018-ci il artıq 5-ci ildir ki, ən məşhur və ən effektivsiz şifrələr siyahısında birinci yeri “123456” və “password” şifrələri tuturlar. Şirkət bildirib ki, istifadəçilərin 10%-i bu ilin ən effektivsiz şifrələri reytinqindən 25-ə yaxın şifrəni seçiblər. “123456” şifrəsindən isə yalnız 3% istifadəçi istifadə edir.
Qeyd etmək lazımdır ki, artıq günümüzdə bir çox servis və saytların qəliz şifrələrini yadda saxlamağa ehtiyac yoxdur. Apple və Google kimi şirkətlər öz məhsullarında şifrələrin saxlanması üçün inteqrasiya olunmuş alətləri təklif edirlər. Bununla yanaşı bunun üçün kənar servislərdən də istifadə etmək olar.
www.yenicag.az