Bu rayonlara təbii qazın verilməsi təmin olunub

media-hightechnic-468x90

Qazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Qazax rayonunun yeni yaşayış massivində yerləşən 115 fərdi yaşayış evinin, eləcə də Samux rayonun yeni yaşayış massivində yerləşən 497 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub.

Ümumilikdə, qazlaşdırma işləri üçün 57 071 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa