“Microsoft” şirkətinin işə qəbul zamanı verdiyi sual mətbuata sızıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət intervyu zamanı şəxsi suallarla yanaşı həndəsi suallar da verir. Xüsusilə təqdim edəcəyimiz sualın cavabnı bilənlər dərhal işə götürülür.
Sual: Düzbucaqlı üçbuçağın hipotenuzunun uzunluğu 10 sm-dir. Bu hipotenuza endirilmiş perpendikulyarın uzunluğu isə 6 sm-dir. Üçbucağın sahəsini tapın.
Cavab: Bu məlumatlara əsasən S=a’xh/2 düsturundan istifadə edərək üçbucağın sahəsini tapmaq olar. 10×6/2=30
Siz də cavabı “30” almısınızsa, təəssüf hissi ilə bildiririk ki, cavabınız yanlışdır. Çünki düzbucaqdan 10 sm-lik hipotenuza endirilən hündürlüyün/perpendikulyarın uzunluğu ən çoxu 5 sm ola bilər.
www.yenicag.az