“Bu təxribatdır…”

media-hightechnic-468x90

3234“Rusiya Azərbaycanda anti-Ukrayna təbliğatı aparır”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirib. Ekspert Rusiyanın bu addımının yolverilməz olduğunu vurğulayıb:

“Bakının mərkəzində – Rusiya səfirliyinin tam qarşısında Krımdan, Ukraynanın Şərqindən yekə şəkillər yapışdırılıb. Krım Rusiya ərazisi kimi göstərilib, qaçqınlar isə Ukrayna ordusunun qurbanları kimi qələmə verilib. Bu təxribatdır. Əlbəttə, səfirlik həmin ölkənin ərazisidir, ora müdaxilə etmək olmaz, daxildə nə istəsələr edə bilərlər, keflənib bir-birini pəncərədən də ata bilərlər, ancaq səfirliyin qarşısından Azərbaycan vətəndaşları keçir və şəkillərə baxırlar. Azərbaycan vətəndaşları isə Kremldən fərqli olaraq Krımı Ukrayna ərazisi sayır, Ukraynanın ərazi bütövlüyünə hörmət edirlər. Ona görə də Azərbaycan XİN Rusiya səfirliyindən həmin şəkilləri yığışdırmağı tələb etməlidir. Buna seyrçi qalmaq olmaz. Əks halda sabah da Ermənistanın hansısa ölkədəki səfirliyi binasının qarşısında Qarabağı öz ərazisi kimi göstərən şəkillər yapışdıracaq. Necə ki, buna kəskin reaksiya verəcəyik, eləcə də Rusiya səfirliyinin başqa dövlətin ərazi iddiasını əks etdirən şəkillərinin reklamına qarşı da qətiyyətlə çıxmalıyıq…”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600