Bütün işçilər xilas ola bilərdi
Somadakı mədəndə əgər 200 min dollarlıq, 40 kişinin yerləşə biləcəyi, adına “həyat otaqları” deyilən qurğudan 20 ədəd olsaydı, ordakı bütün işçilər xilas ola bilərdi.
3 il öncə Zonquldaqda baş verən mədən qəzasından sonra gündəmə gələn bu “həyat otaqları”nın qurulması nə yazıq ki, Türkiyədə gerçəkləşdirilmədi.
Bu “həyat otaqları”ndan ancaq Türkiyə, Əfqanıstan və Pakistanda istifadə olunmur. Amma dünyada mədənçilik olan bütün ölkələrdə bu otaqlardan artıq çoxdan istifadəyə verilib.
“Həyat otaqları”nın özəllikləri orda olan insanların həyatını qurtarmasına tam imkan verir. Belə ki, bu otaqlar tamamən güvənli olmaqla bərabər, bir çox xüsusiyyətlərə malikdir:
30 gün təhlükəsiz yaşamaq imkanı
Adam başına gündə 2 min kalorili yemək
Adam başına gündə 1 litr su
Telefon bağlantısı
Oksigen balonları
Kondisioner
Elektrik üçün batareya sistemi
Karbonu təmizləmə filtrləri
İlk yardım çantaları
Xatırladaq ki, Manisanın Soma mahalında özəl şirkətə aid şaxtada partlayış baş verməsi nəticəsində son rəqəmlərə görə, 282 nəfər dünyasını dəyişib.