Çimərliklərdə monitorinqlər aparılır

media-hightechnic-468x90

ıpə “Abşeron yarımadasında yerləşən çimərliklərdə araşdırmalara start verib”.

 Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar artıq bir həftəyə yaxındır ki yoxlamalar başlayıb: “Qaradağ və Səbail rayonları ərazisində yerləşən çimərliklərdə yoxlamalar başa çatıb. Hazırda Pirallahı və Suraxanı rayonları ərazisində yerləşən çimərliklərdə monitorinq aparılır”.

Z. Kazımovun qeyd edib ki, dəniz suyu nümunələri bakterioloji və digər göstəricilərə uyğunluq baxımından tədqiq edilir və çimərliklərdəki sanitar vəziyyət yoxlanılır: “Hələ ki, monitorinqimiz davam edir. Yoxlamalar tam bitdikdən sonra nəticələrlə bağlı məlumat veriləcək”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600