Reklam: High Technic
hightechnic

DJ Roşka: “İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik” – VİDEO

ARB TV-nin “Günaylı Şənbə” verlişinin növbəti qonaqları müğənni İradə Mehri və DJ Roşka olub.

Yenicag.az xəbər verir ki, DJ Roşka Şou biznes nümayəndələrinin yaradıcılıqdan uzaq olduğunu dilə gətirib:

“Şou-biznes nümayəndələri artıq yaradıcı insan deyil. Arxa planda olan insanlar var. Mən özümü o arxa planda olan insanlardan sayıram. Mahnını ərsəyə gətirmək var. Müğənni sadəcə oxuyur. Ama onun bəstəsi, sözü, aranjımanı var. Yəni halva edib verirsən, müğənni yeyir onu”.

Dj Roşka eyni zamanda İradə Mehri ilə aralarında olan münasibətdən söz açıb:

“İradəylə bizim “Amma Yenədə” mahnısından əlavə çox gözəl dostluğumuz var. Biz elə bir məhsul vermişik ki, necə deyim beynimdə bir bənzətmə var. Elə bil ki, bizim balaca bir körpəmiz var, ona görə ayrıla bilmərik”.

www.yenicag.az

1040