Dostlarından oğlunu itirən Zöhrə Abdullayevaya dəstək

media-hightechnic-468x90

Bu gün əməkdar artist Zöhrə Abdullayevanın oğlunun üç mərasimidir.

Yenicag.az xəbər verir ki, Z.Abdullayevanın oğlunun vaxtsız vəfatı müğənninin dostlarını da sarsıdıb. Onlar sosial mediada kədərlərini bölüşərək, Zöhrə xanımın dərdinə şərik olublar.

Qeyd edək ki, əməkdar artistin beyin xərçəngindən dünyasını dəyişən yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev iki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Məlahət Qurbanova, Svetlana Bayramova, Əkbər Yusifoğlu, Aqil Ələsgər və digər dostları sənətkarın oğlunun vaxtsız vəfatından kədərlənərək, ona dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600