Dünya Bankının “Adam içində” olanlardan xəbəri var?
Dünya Bankının hazırladığı hesabata Azərbaycan efir məkanından yalnız anstv-nin”Adam İçində” verilişi salınıb.
Advokat Hüquq Şirkətinin direktoru Xanlar Xoca məsələyə belə münasibət bildirirb: “Hesab edirəm ki, Dünya Bankı verlişin cümə günlərindəki buraxılışının ideyasını müsbət qiymətləndirib, amma verlişin konkret neçə nəfərin işlə təmin olunmasında əməyinin olması barədə statistik rəqəmlərin olmaması onu deməyə əsas verir ki, Dünya Bankının hesabat hazırlayan nümayəndələri verlişi izləməyiblər. Əgər izləsəydilər verlişə iş üçün gələn adamların bəzən necə aşağılandığını görərdilər. Məncə verlişin ideyası müsbətdir, sadəcə hər şeyi şoulaşdırmaqla hədəfdən kənara çıxırlar”.