Dünyada məcburi köçkünlərin sayı artıb

media-hightechnic-468x90
lklkoiojk2013-cü ildə dünyada məcburi köçkünlərin sayı 4,5 milyon nəfər artaraq rekord həddə – 33,3 milyon nəfərə çatıb.

Bu barədə BMT-nin qaçqınların işləri üzrə İdarəsinin dəstəyi ilə Norveçin qaçqınların işləri üzrə Şurasının hesabatında deyilir.

Hesabat müəllifləri qeyd edir ki, məcburi köçkünlərin 65 faizini Qana, Konqo Demokratik Respublikası, Nigeriya, Suriya və Sudan vətəndaşları təşkil edir.

Sənədin təqdimat mərasimində BMT-nin qaçqınların işləri üzrə İdarəsinin ali komissarı Antonio Quterriş bəyan edib ki, dünyada yeni münaqişələrin sayı artır, köhnələr isə həll olunmur. O qeyd edib ki, məcburi köçkünlərin sayı artdıqca, köməyə ehtiyacı olan insanlara yardım etmək çətinləşir.

Hesabatda qeyd olunur ki, ən pis durum Suriyadadır. Burada hər gün 9,5 min insan məcburi köçkünə çevrilir. Dünyada məcburi köçkünlərin ümumi sayının 43 faizini suriyalılar təşkil edir.

Avropa ölkələrində isə məcburi köçkünlərin sayı 2,2 milyona çatıb. Hesabatda qeyd olunur ki, hazırda Azərbaycanda 543 min məcburi köçkün var. Ermənistanda 8 min, Gürcüstanda 206 min, Rusiyada 34 min, Türkmənistanda 4 min, Özbəkistanda isə 3 min məcburi köçkün var(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600