Dünyanın ən çox qazanan milyarderləri

media-hightechnic-468x90

jk“Blomberq”in dərc etdiyi siyahıda 4 milyarderin adı yer alır.

Ötən 1 il ərzində dünyanın 4 böyük milyarderinin birlikdə qazancı 5 milyard 320 milyon 500 min dollar civarındadır.

İlin ən çox qazanan kvartetinə başçılığı ABŞ-dan olan milyarder Larri Ellison başçılıq edir. 45,5 milyard dollarlıq varidata sahib olan Ellisonun adı dünya milyarderlərinin siyahısında 8-cidir. 2013-cü ilin mayın 5-dən bu yana sərvətini 1,8 milyard dollar (4%) artıran bu texnologiya nəhəngi Kaliforniya ştatında olan bir çox İKT qurumlarının rəhbəridir. Son altı ayda 388 milyon dollar (0,9%) gəlir əldə edən bu şəxs dünyanın məşhur “Oracle” kompaniyasının 25 faizlik səhmlərinə nəzarət edir.

Dünya 33-cüsü, məşhur hindistanlı enerji maqnatı Mukeş Ambani 22,4 milyard dollara sahibdir. O, il ərzində 1,7 milyard (8,2%), son 6 ayda isə 389,9 milyon dollar (1,8%) qazanc əldə edib. Ambani dünyaca məşhur olan “Reliance Industry”nin (İnam sənayesi) səhmlərinin 41 faizinə sahibdir.   Sərvətinə görə dünya birincisi olan Maykrosoft Korporasiyasının (Microsoft Coorporation) keçmiş rəhbəri Bill Qeytsin hazırda 79,5 milyard dollar pulu var. İl ərzində 947,3 milyon dollar (1,2%) qazansa da, son 6 ayda təxminən onun yarısını, yəni 447,1 milyon dollar (0,6%) itirib.

18,7 milyard dolları olan Amerikalı milyarder Stiv Bullmə (Steve Bullmer) məlum siyahıda 40-cıdır. 2013-cü ilin 5 may tarixindən etibarən 873,2 milyon dollar (4,9%) qazanan Bullmə son yarım ildə qazandığı həmin pulun təxminən onda birini itirib.

Bu isə onun ümumi varidatının 86,7 milyon dollarlıq (0,5%) hissəsi deməkdir. Vaxtilə Maykrasoftda çalışan milyarder məşhur “XBOX 360” və axtarış sistemi olan “Bing”in müəllifidir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600