!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən çox ziyarət edilən şəhərlərinin SİYAHISI

!Reklam – Yazi

“Columbus Direct” tədqiqat şirkəti 2018-ci ildə dünyanın ən çox yüklənmiş turistik istiqamətlərin reytinqini dərc edib.

Yenicag.az xəbər verir ki, siyahı hazırlanarkən hər bir istiqamət üzrə turistlərin 1 kv. milə (2,59 kv. km) olan sıxlığı hesablanıb. Reytinqin ilk beşliyində iki Asiya və üç Avropa şəhəri yer alıb.

Siyahıya Tailandın Phuket adası başçılıq edir. Sözügedən adaya il ərzində 9,29 mln. turist gəlir (gündə orta hesabla 25 452 ziyarətçi). Turistlərin sıxlığına gəldikdə, Phuketdə 1 kv. milə 5 090 turist düşür. Reytinqin ikinci pilləsinə İspaniyanın Palma-de-Mayorka şəhəri layiq görülüb. Burada 1 kv. milə 2 918 turist düşür. Reytinqin üçüncü yerində Tailandın Pattaya şəhəri (2 762 turist), dördüncü yerində Paris (1 174 turist), beşinci yerində isə Barselona (605) qərarlaşıb.

Dünyanın turistlərlə ən çox yüklənmiş istiqamətləri:

# İstiqamət 1 kv. milə düşən turistlərin sayı
1 Phuket (Tailand) 5 090
2 Palma-de-Mayorka (İspaniya) 2 918
3 Paris (Fransa) 2 762
4 Pattaya (Tailand) 1 174
5 Barselona 605
6 Kuala-Lumpur (Malayziya) 367
7 Milan (İtaliya) 344
8 Osaka (Yaponiya) 268
9 Sinqapur (Sinqapur) 127
10 Nyu-York (ABŞ) 119
11 Seul (Cənubi Koreya) 112
12 Banqkok (Tailand) 91
13 London (Böyük Britaniya) 89
14 Honkonq (Çin) 58
15 Məkkə (Səudiyyə Ərəbistanı) 50
16 Antalya (Türkiyə) 47
17 Tokio (Yaponiya) 39
18 Dubay (BƏƏ) 27
19 İstanbul (Türkiyə) 14
20 Bali (İndoneziya) 10
COP29

www.yenicag.az

8562
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv