Dünyanın ən dəbli qadınları-Fotolar
Dünyanın 100 ən dəbli qadınının adları açıqlanıb.
Məşhur “Harper’s Bazaar” jurnalı 2014-cü ilin ən dəbli 100 qadının siyahısını tərtib edib. Siyahıda adları hallanan xanımların sırasında moda, musiqi, mədəniyyət və kino sahəsinin öndəgedən simaları yer alıblar.
Məşhurların siyahısında aktrisa əkiz bacılar Meri-Keyt və Eşli Olsen, Karolina Herrera, Ancelina Coli, Jizel Bündhen, Emma Uotson, Lyupita Nionqo, Emma Stoun, Cennifer Konnelli kimi ulduzlarla yanaşı, siyahıda Britaniya kraliçası II Yelizavetanın da adı var.
Rusiyadan isə “Harper’s Bazaar” redaksiyası bura Miroslava Duma, Natalya Vodyanova, Tatyana Sorokko və Daşa Jukovanın adını daxil ediblər.