Əcnəbi neftçilər yoxa çıxdı
Liviyada ötən gün silahlıların Əl Qani neft yatağına hücumundan sonra obyektdə çalışan bir neçə əcnəbi neftçi yoxa çıxıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, Çexiya XİN itkin düşənlərdən birinin Çexiya vətəndaşı olduğunu təsdiqləyib. İtkin düşənlər arasında həmçinin Filippin, Avstriya və Banqladeş vətəndaşlarının olduğu bildirilir.
Hazırda onların girov götürülməsi versiyası araşdırılır.
Qeyd edək ki, Liviyanın Benqazi şəhəri yaxınlığında silahlıların “Əl Qani” neft yatağının obyektlərinə hücumu nəticəsində mühafizə xidmətinin 11 əməkdaşı həlak olub.
Bu barədə neft obyektlərinin mühafizəsi xidmətinin rəsmi nümayəndəsi Əli Əl Xasi bildirib. Onun sözlərinə görə, “Əl Xani” neft yatağını mühafizə etmək mümkün olub, lakin yaxınlıqdakı “Əl Mabruk”, “Əl Baxi” və “Əl Zöhrə” yataqları silahlılar tərəfindən minalanıb.
Hücum zamanı silahlılar hərbçiləri qətlə yetirib, neft anbarını yandırıb və avadanlıqları oğurlayıblar.
Xatırladaq ki, bundan əvvəl İŞİD silahlıları “Əl Mabruk” və “Əl Baxi” neft yataqlarını zəbt edərək Əs Sidr limanına çəkilmiş boru xəttini sıradan çıxarıblar.