!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Kərimlinin müşavirinə hökm oxundu

!Reklam – Yazi

Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az-ın xəbərinə görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb./Report/

COP29

www.yenicag.az

6536
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv