Əli və Aqil Əliyevlərin ata-oğul “diktaturası”
«Ağcabədi rayonunu Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin və onun oğlunun zülmü ərşə dirənir». Bu sözlərlə bir qrup Ağcabədi sakini JAM.AZ-a müraciət ediblər.
Daxil olan müracitədə bildirilir ki, Əli Əliyev və oğlu Aqil Əliyev bir çox idarə müdirlərindən aylıq toplayırlar. Buna misal olaraq isə bildirilir ki, Ağcabədi Meliorasiya İdarəsinin, Subartezan Sistemləri İadrəsinin və Meliorasi idarə müdirlərindən hər ay ümumilikdə 20 min manat «aylıq» toplayır. Oğlu Aqil Əliyevin isə hər müxtəlif büdcə idarələrindən 50 min manatdan artıq «aylıq» topladığı iddia olunur.
Bundan başqa sakinlər hər il yay aylarında, əkinlərin suvarılması zamanı Əli Əliyevin zülmündən bezdiklərini bildirirlər. Belə ki, kasıb əhali bir qayda olaraq suya həsrət qalır. Əli Əliyev suyu daha imkanlı şəxslərə versə də, kasıb əhalidən əvvəlcədən su pulu toplamağı da unutmur. Kasıb kəndlilərin aldığı isə əsasən su deyil, tüpürcək misalı bir şeyolur. Yəni kəndlilər özlərinə məxsus olan bir neçə hektar yeri suvarmaq üçün həftələrlə vaxt itirirlər. Nəticədə isə əkin sahələrinin suvarılmasını söyləmək belə mümkün olmur. Ən əsası min kvadratmetrlərlə su itkiyə verilir. Bütün bunlardan isə Əli Əliyevin yaxşı gəlir əldə etdiyi bildirilir. Belə ki, sakinlərin bildirdiyinə görə hər il Əli Əliyev Ağcabədi sakinlərindən yarım milyona qədər vəsait toplasa da, bu vəsaitin ancaq cüzi bir hissəsini hesaba köçürür. Əksəriyyət hissə isə bir qayda olaraq Əli Əliyev tərfindən mənimsənilir.
Şikayətçilər bildirirlər ki, Aqil Əliyev və atası Əli Əliyev hər kəsə meydan oxumaqla bərabər, həmçinin onlardan şikayətçi olanları şantaj edir və həbslə hədələyirlər.
Qeyd edək ki, rayon sakinləri Əli Əliyevlə oğlu Aqil Əliyevin dövlətdən oğurladıqları milyonlar hesabına əldə etdikləri mal mülkləri, obyektləri, xarici aftomobillər və sair daşınmaz əmlakları barədə redaksiyamıza ilginc məlumat ötürüblər. Göndərilən informasiyanı araşdırdıqdan sonra oxucularımıza çatdıracağıq.
Bizi izləməkdə davam edin.