“Elnur Aslanova vəzifə verilməsi o demək deyil ki…”

media-hightechnic-468x90

nbvnvhjg“O, Prezident Administrasiyasında dövlətin tabeliyində olan böyük gənclər qrupunu nəzarətdə saxlayırdısa, indi bu, mümkün  deyil”.

media-banner_tuq

Bu sözləri  açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Elnur Aslanova yeni vəzifə verilməsinin normal hal olduğunu bildirib:   “Elnur Aslanov hər halda işsiz qalmayacaqdı. Bu vəzifəsi ilə o birisi arasında çox böyük fərq var. Prezident Administrasiyasında o dövlətin tabeliyində olan böyük gənclər qruplarını nəzarətdə saxlayırdısa, indi bu, mümkün  deyil. Hansısa bir işə onsuz da təyin olunmalıydı. O da insandır. Haradasa işləyib, maaş alıb, ailəsini dolandırmalıdır. Ola bilsin, müəyyən əlaqələri də rol oynayıb. Müəyyən imkanlardan istifadə edib. Bu o demək deyil ki, əgər Elnur Aslanova hansısa vəzifə verilibsə, şəbəkənin radikal qanadı özünü rahat hiss edə bilər. Bu, qətiyyən belə deyil”.

Qeyd edək ki, Elnur Aslanov aprelin 2-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsinə gətirilib.

Bundan öncə isə o, Prezident Administrasiyasında İnformasiya Təminatı və Analitik Təhlil Şöbəsinin sədri vəzifəsini icra edib(axar.az).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05