“Hərdən düşünürəm ki, bəlkə Röyal başqa qadınla evlənsəydi, daha xoşbəxt olardı”.
Yenicag.az xəbər verir ki, bunu tanınmış aktrisa, əməkdar artist Tünzalə Əliyeva açıqlamasında bildirib.
Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa ağır günlərdə ona dəstək olan həyat yoldaşından danışarkən göz yaşına hakim ola bilməyib:
“Hərdən düşünürəm ki, bəlkə Röyal başqa qadınla evlənsəydi, daha xoşbəxt olardı. Mən xəstəliyimə görə, onu tam xoşbəxt edə bilmirəm. Bir dəfə mən belə danışanda o, mənə “Saçlarım ağarana qədər sənin yanındayam. Sənə bir şey olsa, mən heç vaxt evlənmərəm, bunu bir dəfəlik bil” dedi. Onun bu sözləri məni çox kövrəltd”.
Aktrisa bu sözləri ARB-də yayımlanan “Hüseynova bacıları” verilişində deyib.
Nehru
www.yenicag.az