Ərdoğan Putinin dəvətini rədd edib

media-hightechnic-468x90

94619Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvətini rədd edib.

Ərdoğan Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək paradda iştirak etməyəcək.

Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliyinin yaydığı xəbərə əsasən, paradda Ankaranı Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım təmsil edəcək.

Bir sıra xəbər saytı isə Ərdoğanın bu addımını Putinlə hesablaşmaq kimi qiymətləndirir. Belə ki, ötən ay beynəlxalq aləmdə iki əsas hadisə kimi yadda qaldı. Bunlardan biri “Çanaqqala zəfəri”nin 100 illik yubileyi, digəri isə qondarma erməni soyqırımın ildönümü olub. Putin də məhz bu tədbirlərdən ikincisinə qatılaraq Ərdoğanın təklifindən imtina etmişdi.

Qeyd edək ki, 25-dən artıq ölkənin lideri tədbirdə iştirakını təsdiqləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600