!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eritreyada saxlanılan azərbaycanlılarla bağlı açıqlama

!Reklam – Yazi

Ötən ilin noyabr ayında Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləri hələ də girovluqdan azad edilməyiblər.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə “Caspian Marine Services B.V.” şirkətindən məlumat verilib.

Bildirilib ki, heyət üzvləri qida ilə təmin olunur, ailələri ilə limitli əlaqə saxlayırlar, sağlamlıqları qaydasındadır.

Azərbaycan XİN-dən isə danışıqlarla bağlı yenilik olmadığı açıqlanıb.

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi olmaqla, ümumilikdə 24 nəfər var.

www.yenicag.az

79
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv