“Ermənilər elə bunu istəyir ki, Azərbaycan onlara, …”
Millət vəkili Fazil Mustafa açıqlamasında düşmənlə təmas xəttində vəziyyətin gərgin olduğu və hər iki tərəfin bir-birlərini öldürmək uğrunda yarışa girdiyi bir zamanda ermənilərin 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına dəvət edilməsini doğru addım kimi dəyərləndirib:
“Bu, məntiqli bir addımdır. Azərbaycan beynəlxalq bir tədbirə ev sahibliyi edir. Belə məqamda hansısa ayrıcalığa yol vermək doğru olmaz. Elə məsələlər var ki, bu məsələlərdə buna yol veririk. Siyasətdə bunu edirik. Lakin idmanda bunu eləmək heç bir halda doğru sayılmaz. Bütün hallarda bu, Azərbaycanın olimpiyadası deyil. Bu, Avropa Olimpiyadasıdır. Avropa məkanına hansı dövlətlər daxildirsə, bu dövlətlərin hamısı həmin yarışda iştirakı təmin olunmalıdır. Krım işğal edilən vaxtı Ukrayna və əksər dünya dövlətləri Soçidə keçirilən çempionatında iştirak edirdi. Azərbaycan tərəfinin bu addımı idmanın siyasətə qatılmaması baxımından normal addımdır. Azərbaycan mədəni ölkə olaraq, tədbirə ev sahibliyi edən dövlət kimi heç kimə bəhanə verməməlidir. Ermənilər elə bunu istəyir ki, Azərbaycan onlara dəvətnamə göndərməsin və bundna istifadə edib bu tədbiri pozsunlar. Bu, Azərbaycanın imici baxımından vacib bir tədbirdir. Bu məsələdə xırda hislərlə davranmaq tədbirin əhəmiyyətini aşağı sala bilər”.