Ev probleminə son!-Video
Çinlilər dünyada evsiz yaşayan insanların probleminə son qoyur.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu inqilabi “kitayski” evləri Şanxayın “WinSun Decoration Design Engineering” tikinti şirkəti təklif edir.
Çin istehsalı olmasına baxmayaraq bu evlər həm çox möhkəm, ekoloji təmiz və fantastik tez bir vaxta hazır olur. Məsələnin sirri isə müasir 3D-printer texnologiyasıdır. Mürəkkəb yerinə sement qarışığı doldurulan printerlər 6 metrlik evi bir neçə saata çap edir.
“WinSun” şirkətinin icraçı direktoru Ma İxenin son dedikləri isə bir çox evsizi sevindirib. O bildirib ki, şirkət öz evlərini təkcə Çin ərazisində yox, vaxt keçdikcə xaricdə də evi olmayanlara təklif edəcək.