!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook Messenger”ə yeni funksiya əlavə edilir: Sifətin tanınması

!Reklam – Yazi

“Facebook” şirkəti “Messenger” əlavəsinə sifətin tanınması sistemini əlavə etməklə istifadəçi yazışmalarına qanunsuz müdaxilələrdən yeni mühafizə səviyyəsi təqdim etməyi planlaşdırır.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, funksiyanın ilkin versiyasını “Facebook Messenger” əlavəsində Honkonqun təhlükəsizlik üzrə tədqiqatçısı Mançun Von aşkarlayıb. Onun sözlərinə görə, funksiya “WhatsApp” messencerindəki biometrik mühafizə sistemləri kimi işləyir.

Bildirilir ki, istifadəçilər sifətə görə autentifikasiyanı aktivləşdirə və bloklanmanın işədüşmə vaxtını (Facebook Messenger-i tərk etdikdən 1 dəqiqə, 15 dəqiqə və ya 1 saat sonra) seçə bilərlər.

Funksiyanın təsvirində qeyd olunur ki, sifətin tanınması funksiyası işə salınmış vəziyyətdə olan zaman istifadəçilər əlavəni blokdan çıxarmaq üçün “Face ID” skanerindən istifadə etməlidirlər. Onlar əlavə bloklanmış vəziyyətdə olanda da bildiriş məlumatlarını oxuya və zəngləri cavablandıra biləcəklər. “Face ID” skaneri “Facebook”da ötürülmür və saxlanılmır.

COP29

www.yenicag.az

1099
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv