Fəhlələr dağıntılar altında qaldı

media-hightechnic-468x90

90201Türkiyənin Kahramanmaraş şəhərində inşaat çöküb. ANS PRESS-in məlumatına görə, hadisə Şazibey məhəlləsində meydana gəlib.

İnşaatda beton tökülərkən qəlib dəmirlər ağırlığa tab gətirməyərək çöküb. İşçilərin dağıntılar altında qaldığı bildirilir.

Dağıntılar altında qalan beş nəfər çıxarılaraq xəstəxanaya göndərilib. Üç işçinin isə hələ də dağıntılar altında qaldığı ehtimal edilir.

Hazırda onların xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Kahramanmaraş əhalinin sayına görə Türkiyənin 18-ci şəhəridir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa