Feysbuk bağlana bilər

Rusiyada Feysbuk sosial şəbəkəsi bağlana bilər.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyalarına Nəzarət İdarəsi (Roskomnadzor) rəhbəri Aleksandr Jarov açıqlama verib.

Onun sözlərinə görə, 2018-ci ildə aparılan yoxlamaların nəticələrinə görə, Rusiya vətəndaşlarının məlumat bazalarının ölkədə lokallaşdırılmadığı halda baş verəcək.

Jarov bildirib ki, yoxlamalar cari ilin sonuna kimi yekunlaşacaq və qadağan olunmuş məlumatlar silinəcək.

“Əgər bunlara əməl olunmasa və ya Rusiya hökumətinə bele bir yoxalamanın keçirilməsi haqqında məruzə edilməsə, o zaman, ölkədə Feysbuk-un bloklanması məsələsi müzakirə olunacaq”, – deyə Jarov əlavə edib.

 

 

Loading...