!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fonddan mübahisəli iddialarla bağlı AÇIQLAMA

!Reklam – Yazi

Bəzi media qurumları və sosial şəbəkə səhifələrində son illər pensiyaçı sayında azalmanın olmasına dair yayılan məlumatlarla bağlı bildiririk ki, əslində Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili bildirib.

Qeyd olunub ki, son 5 ildə fond tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb. O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib: “Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib”.

Pensiyaçıların sayında azalmanın olması barədə yayılan məlumatlara gəlincə, bildirilib ki, pensiyaçıların sayında müəyyən azalma əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndiriilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.

Qeyd olunub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2,7 milyon şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir.

COP29

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv