Əməkdar artist Gülüstan Əliyeva 30 il əvvəlki görünüşü ilə hər kəsi təəccübləndirib.
Onun paylaşdığı foto sosial şəbəkədə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Yenicag.az xəbər verir ki, səhnəmizin “Leyli”lərindən olan Gülüstan Əliyeva ustadı xalq artisti Arif Babayevin doğum günündə illər öncə onunla birgə çəkdirdiyi fotosunu da paylaşıb. Çoxları onu tanımayıb. İzləyicələr “biz şokdayıq, siz nə qədər dəyişmisiz” kimi şərhlər yazıblar. Xanım sənətçinin çox dəyişdiyini, zaman keçdikcə, daha gözəl və məlahətli olduğunu vurğulayıblar.
Saytımıza açıqlama verən əməkdar artist fotosundan danışıb:
“O vaxt mənim 20 yaşım vardı. Təbii ki, insan yaşa dolduqca dəyişir. Qadın var yaşa dolduqca çirkinləşir, qadın da var mənim kimi gözəlləşir. (gülür) Foto hər kəs tərəfindən maraqla qarşılanıb, o qədər xoş sözlər yazdılar ki…”
Cəvahir
www.yenicag.az